İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri Katzın orduya hücum əmri verdiyi bildirilir. İsrailin müdafiə naziri Yisrael Katz druz qruplarının Suriya hökumətinin təhlükəsizlik qüvvələrinə qarşı hücumları ilə başlayan qarşıdurmalara istinad edərək, Dəməşq hökumətini hücumla hədələyib. Katz açıqlamasında “Suriyada druzlara qarşı hücumlar davam edərsə, sərt cavab verəcəyik” deyib.
İsrailin xarici işlər naziri Gideon Saar da bu gün ziyafətdəki çıxışında beynəlxalq ictimaiyyəti Suriyaya müdaxiləyə çağırıb. Dürzi camaatını Dəməşq rəhbərliyinə qarşı təhrik edən İsrail, dünən druzları qorumaq bəhanəsi ilə Suriyaya hücumlara başlayıb.
Suriyanın paytaxtı Dəməşqin cənubunda Suriya hökumətinin təhlükəsizlik qüvvələrinə hücum edən silahlı druz qrupları ilə başlayan qarşıdurmalarda yaralanan cəmi 5 druzın müalicə üçün İsrailə gətirildiyi bildirilib.
Suriya hökuməti dünən Dəməşqin cənubundakı Caramane məhəlləsində bəzi druz silahlı qruplarının başlatdığı və Səhnəyə bölgəsinə yayılan qarşıdurmalardan sonra bölgəni nəzarətə götürdüyünü açıqlamışdı.
Mənbə: Ahaber