25 C
Baku
27 İyul 2024, 3:46
Baş xəbərDünya

İsrailin Roma səfirliyinin təhlükəsizlik məqsədilə bağlandığı bildirilir

Bugun.tv xəbər verir ki, İsrailin Roma səfirliyinin fəaliyyətin təhlükəsizlik məqsədilə dayandırılıb.

İtaliyanın ANSA agentliyi, İranın Dəməşqdəki konsulluq binasına İsrailin hücumundan sonra Romadakı Mişel Merkati küçəsində yerləşən İsrail səfirliyinin həyəcan vəziyyətinə gətirildiyini və bu səbəbdən bağlandığını bildirib. Xəbərdə həmçinin qeyd olunub ki, İsrail Dəməşqdə yüksək rütbəli iranlı məmurların həlak olduğu hücumdan sonra bu ölkənin cavab addımı atacağından narahat olaraq dünyadakı 30 diplomatik missiyasını bağlamaq qərarına gəlib.

Qeyd edək ki, İsrail aprelin 1-də İranın Dəməşqdəki səfirliyinin şəhərciyindəki konsulluq binasına hava hücumu həyata keçirib. Hücum zamanı İran İnqilab Keşikçiləri Ordusundan 2-si general olmaqla 7 nəfər həlak olub. Hücumda 6 Suriya vətəndaşı həyatını itirib.

Kəmalə Sultan

Oxşar xəbərlər

Bu günə qədər bilinməyən 7000-dən çox ada kəşf olundu

Aynur Camal

Mədəniyyət işçiləri əməkdar artisti evində ziyarət ediblər

Aynur Camal

“MasterChef Türkiyə” Azərbaycandan verliş çəkdi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu