11 C
Baku
20 Mart 2023, 23:16
Baş xəbər

“İstərdik ki, Azərbaycanda Yapon qılınc döyüş sənəti ilə maraqlanan insanlarla mütəmadi əməkdaşlığımız olsun” – Kyo Kasumi

İlk dəfədir ki, Azərbaycana gəlirəm. İnternetdən ölkəniz haqqında oxumuşdum. Səmimi insanlarınız, dadlı yeməkləriniz, gözəl təbiətiniz, müasir binalarınız məni valeh etdi. Mən buradan xoş təəssüratlarla ayrılacağam.

Bugun.tv xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında “Ənənəvi Yapon Qılınc Döyüş Sənəti üzrə Səhnə Performansı”nın təqdimatında “TATE-Hatoryu” qrupunun rəhbəri Kyo Kasumi bildirib.

“Biz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təlim keçdik. Arzu edərdik ki, Azərbaycanın müəllim və tələbələri ilə belə bir işbirliyimiz, sənət mübadiləmiz olsun və TATE – ənənəvi Yapon qılınc döyüş sənətini geniş şəkildə təbliğ edə bilək. TATE sənəti 450 il bundan əvvəl yaradılıb, Tokionun keçmiş adı olan Edo dövründən başlayır. Bu sənət döyüş səhnələri zamanı istifadə olunan hərəkətlərdən yaranmış səhnə incəsənəti növüdür”, – deyə qrup rəhbəri vurğulayıb

Oxşar xəbərlər

Milli Məclisin payız sessiyasının ilk plenar iclasının vaxtı məlum olub

Aynur Camal

Şuşa Dövlət Musiqili Dram Teatrında Zəfər Günü ilə bağlı tədbir keçirilib – FOTOLAR

Nigar Məmmədova

Fevralın 17-də gözlənilən hava şəraiti

Aynur Camal

Şərh yazın