25 C
Baku
21 Sentyabr 2026, 11:10
ABŞ
Dünya

İsti hava səbəbindən 3,5 ayda 25 nəfər öldü

Bugun.tv xəbər verir ki, ABŞ-ın Arizona ştatında həddindən artıq istilər səbəbindən 3,5 ayda 25 nəfərin öldüyü açıqlanıb. İyulun 15-22-də 7 nəfərin öldüyünə dair məlumatların yer aldığı hesabata görə, 2022-ci ildə Marikopada istilər səbəbilə 38 nəfər həyatını itirib. Digər tərəfdən, iyulun 9-dan etibarən bölgədə havanın temperaturu gecələr 32 dərəcədən yuxarıdır. Arizona ştatının Marikopa bölgəsində 2009-cu ildə qurulan “İstilikdən Mübarizə Şəbəkəsi” cəmiyyəti hər həftə istidən zərər çəkən yüzlərlə insana içməli su təqdim edir və 235 obyektində kondisionerli mühit təmin edir. Bu il ilk dəfə olaraq könüllülərin idarə etdiyi bu obyektlərdən 18-də istidən qorunmaq istəyən insanların yata biləcəyi yerlər var.

Müxbir: Fatimə İlhamqızı

Bugün TV

Oxşar xəbərlər

Rusiya Ermənistandakı şirkətləri ilə bağlı xəbərdarlıq etdi

Aynur Camal

Avropa banklarının ABŞ bankları ilə rəqabəti üçün böyüməsi tələb olunur

Aynur Camal

Aİ enerji şirkətlərinə əlavə vergi tətbiqini müzakirə edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu