Dünya

İsti hava şarı faciəsi: 8 nəfər öldü

Bugun.tv xəbər verir ki, Braziliyanın cənubundakı Santa Katarina ştatında turistləri daşıyan isti hava şarında baş verən yanğın nəticəsində 8 nəfər həyatını itirib, 13 nəfər isə yaralanıb.

Hadisə ştatın turistik bölgələrindən olan Praia Qrande ərazisində qeydə alınıb. Məlumata görə, 21 nəfərin olduğu isti hava şarında havaya qalxdıqdan qısa müddət sonra səbət hissəsində yanğın başlayıb.

Pilotun ifadəsinə əsasən, alov səbətin içərisində yaranıb. O, şarı təcili şəkildə endirməyə çalışsa da, panikaya düşən bəzi sərnişinlər hündürlükdən yerə tullanıblar.

Şarın yüngülləşməsi onun yenidən yüksəlməsinə səbəb olub. Nəticədə içəridə qalan sərnişinlər üçün vəziyyət daha da ağırlaşıb. Alovun sürətlə yayılmasının ardından isti hava şarı yerə çırpılıb.

Yerli hakimiyyət orqanları qəza nəticəsində 8 nəfərin öldüyünü, pilot da daxil olmaqla 13 nəfərin yaralandığını açıqlayıb. Yaralılar müxtəlif xəstəxanalara çatdırılıb və onların müalicəsi davam etdirilir.

Qeyd edək ki, Santa Katarina ştatının təbii gözəllikləri ilə tanınan Praia Qrande bölgəsi tez-tez “Braziliyanın Kapadokyası” adlandırılır və isti hava şarı turları turistlər arasında böyük populyarlıq qazanıb.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

“Pambıq şəkərdən daha yüngül” iki nəhəng ekzoplanet aşkar edildi

Aynur Camal

Son 24 saatda dünyada 4 güclü zəlzələ baş verdi

Aynur Camal

Az yatmaq niyə kökəldir? Mütəxəssislər səbəbləri açıqladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu