Bugun.tv xəbər verir ki, istilərdən sərinləmək üçün insanlar bir çox üsullardan istifadə edirlər. Bu zaman diqqət etməli olduğumuz məqamlar var. Nazir Koca, sosial media hesabında bununla bağlı açıqlama verib. “Hərarət şoku bədən istiliyinin 40 dərəcədən yuxarı qalxdığı hipertermiya olaraq bilinən ciddi bir klinik vəziyyətdir. Yaşlılar və uşaqlar; diabet, yüksək qan təzyiqi, ürək xəstəliyi və astma kimi xroniki xəstəlikləri olanlar istilik vuruşu üçün yüksək risk qrupundadır. Tövsiyə edirik ki, bu qrupa daxil olanlar havanın temperaturu yüksək həddə çatan günlərdə küçəyə çıxmasınlar”.
Sərinləmək istəyənlər isə öz həll yollarını buzlu su içməkdə görürlər. Düzdü, soyuq su ani təravət versə də, sağlamlığınıza təhlükə yarada bilər. Araşdırmalar göstərib ki, buzlu su içmək vagus sinirini stimullaşdırır. Vagus siniri ürək dərəcəsinin azalmasına vasitəçilik edir və soyuq su ürək dərəcəsinin azalmasına səbəb olan sinir üçün bir stimul kimi çıxış edir.
Ensonhaberin məlumatına görə, daim soyuq su içmək infarkt və insult riskinə səbəb ola bilər, çünki bu, qan damarlarınızın daralmasına səbəb olur.
Müxbir: Şəms Elnurqızı