Baş xəbər

“İstiqlal marşı”nın 104-cü ildönümünə həsr edilmiş tədbirin iştirakçıları MEK-lə tanış olublar

Türkiyənin və Şimali Kipr Türk Respublikasının dövlət himni “İstiqlal marşı”nın qəbul olunmasının 104-cü ildönümünə həsr edilmiş tədbirin iştirakçıları AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) ilə yaxından tanış olublar.

MEK-dən Bugun.tv -yə bildirilib ki, qonaqlara kitabxananın elmi bazası, müasir texnoloji imkanları barədə geniş məlumat verilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün, Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer, Milli Məclisin deputatı, Mahmud Kaşqari adına Beynəlxalq Fondun Prezidenti Cavanşir Feyziyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova və elmi ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Qonaqlar MEK-in Sərgi salonunda Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və siyasi fəaliyyətlərini əks etdirən nəşrlərdən ibarət guşələr və ilboyu davam edən sərgilərlə tanış olublar.

AMEA-nın əsasını qoyan 15 təsisçinin büstləri ilə tanışlıq zamanı qonaqlara onların elmi irsi barədə məlumat verilib. Daha sonra Qarabağ müharibəsi qəhrəmanları fondunda şəhidlərə aid saxlanılan sənədlər, fotoşəkillər, onların haqqındakı kitablar və özlərinin yazdıqları əsərlərə baxış keçirilib.

Aynur Camal

Oxşar xəbərlər

Stres uzun ömrün qənimidir

Bugün TV

Hərbi attaşelər Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət ediblər

Aynur Camal

Avtomobil mağazanın divarına çırpıldı: 2 gənc həyatını itirdi

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu