Baş xəbərHadisə

İsveçdəki məscidə içində şübhəli ağ toz olan məktub göndərilib

Bugun.tv xəbər verir ki, İsveçin Göteborq şəhərindəki məscidə məktubla şübhəli ağ toz maddəsinin göndərildiyi açıqlanıb.

Belə ki, Göteborq İslam Mədəniyyəti Dərnəyinin rəhbəri Fərəc Semmo dövlət televiziyası SVT-yə bildirib ki, o, anonim məktubu araşdıran zaman onun əllərinə ağ toz keçib.

Cümə namazından sonra polisə məlumat verdiyini bildirən Semmo, namaza gələnlər arasında panika yaratmamaq üçün bir müddət gözlədiklərini qeyd edib.

Polis şübhəli ağ tozun araşdırılmasının davam etdiyi və hadisə ilə bağlı istintaq açıldığını vurğulayıb.

Kəmalə Sultan

Oxşar xəbərlər

Payızda ən faydalı 7 göbələk açıqlanıb – immunitetdən görməyə qədər

Aynur Camal

Sərnişin bərəsində yanğında ölənlərin sayı 35-ə çatdı

Aynur Camal

Vüqar Bayramov: Zəfərdən sonra Qarabağ iqtisadiyyatı 3 dəfədən çox böyüyüb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu