25 C
Baku
27 İyul 2024, 4:18
Baş xəbərDünya

İsveçin Əfqanıstandakı fəaliyyəti dayandırıldı

Bugun.tv xəbər verir ki, Taliban hökuməti Qurani-Kərimin yandırılmasına icazə verdiyi üçün İsveçin Əfqanıstandakı bütün fəaliyyətlərini dayandırıb.

Belə ki, hökumətin sözçüsü Zabihullah Mücahid sosial media hesabında Qurani-Kərimin yandırılmasına icazə verdiyi üçün müsəlmanlardan üzr istəyənə qədər İsveçin Əfqanıstandakı bütün fəaliyyətlərinin dayandırıldığını bildirib.

Quranın yandırılmasını təkəbbürlü bir hadisə kimi qiymətləndirən Mücahid bildirib ki, bütün İslam ölkələri İsveçlə münasibətlərinə yenidən baxmalıdırlar.

Taliban 15 avqust 2021-ci ildə Əfqanıstanı ələ keçirdikdən sonra İsveç də daxil olmaqla bir çox xarici ölkə Kabildəki nümayəndəliklərini bağlasa da, İsveçin bəzi yardım təşkilatları ölkədə fəaliyyətlərini davam etdirib.

Xatırladaq ki, iyunun 28-də İraq əsilli Salvan Momika İsveçin paytaxtı Stokholmda yerləşən məscidin qarşısında, polisin himayəsi altında Quranı yandırıb.

Mənbə: TRT Haber

Teymur Əziz

Oxşar xəbərlər

Ombudsman Aparatının nümayəndələri N hərbi hissəsində olublar

Aynur Camal

1000 nəfərə yaxın namizəd direktor olmaq üçün müraciət etdi

Aynur Camal

Türkiyə Ermənistanı Azərbaycana mina xəritələrini verməyə çağırdı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu