Dünya

İtaliya parlamentində dava: Yumruqlar havada uçdu…

İtaliya parlamentində muxtariyyət müzakirələri zamanı İtaliya bayrağını qaldıraraq qanun layihəsinə reaksiya verən Beş Ulduz Hərəkatının (M5S) deputatı Leonardo Donno yumruqla hücuma məruz qalıb.

İtaliya parlamentində İtaliyanın baş naziri Giorgia Melonun rəhbərlik etdiyi sağçı koalisiya hökumətinin hazırladığı, regional hökumətlərə daha çox muxtariyyət verən qanun layihəsinin müzakirələri zamanı dava düşüb.

Beş Ulduz Hərəkatının (M5S) deputatı Leonardo Donno İtaliya bayrağını açaraq qanun layihəsinə reaksiya verib. Hakim partiyalardan olan deputatlar bu hərəkətə sərt reaksiya verib, Donnoya yumruqla hücum ediblər.

Hücumdan sonra aldığı zərbələrlə yerə yıxılan Donno əlil arabası ilə parlamentdən çıxarılıb. Davadan sonra sessiya dərhal dayandırılsa da, davanı dağıtmaq üçün araya girən mühafizəçinin yaralandığı bildirilir.

Mənbə: TGRT

Bugün TV

Oxşar xəbərlər

Rusiya Ermənistandakı şirkətləri ilə bağlı xəbərdarlıq etdi

Aynur Camal

Avropa banklarının ABŞ bankları ilə rəqabəti üçün böyüməsi tələb olunur

Aynur Camal

Aİ enerji şirkətlərinə əlavə vergi tətbiqini müzakirə edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu