DünyaHadisə

İtaliyada istilər pik həddə çatdı

Bugun.tv xəbər verir ki, İtaliyada hava istiliyinin həftə sonu rekord həddə çata biləcəyi ilə bağlı proqnozlara uyğun olaraq, sabah üçün 15 şəhərdə, bazar günü üçün isə 16 şəhərdə həyəcan siqnalı verilib.

Yerli ANSA agentliyinin xəbərinə görə, Səhiyyə Nazirliyinin açıqlamasında həftənin əvvəlindən başlayan istilərin daha da artıracağına diqqət çəkilib. “Həddindən artıq istilər bütün insanlar üçün təhlükədir”

Paytaxt Roma ilə yanaşı, qırmızı kodlu şəhərlər arasında Bolonya, Florensiya, Kataniya, Kampobasso, Bari, Frozinone, Latina, Perugia, Pescara, Rieti, Viterbo, Kalyari, Civitavecchia və Messina da var.

Açıqlamada vurğulanıb ki, həddindən artıq istilər təkcə yaşlılar, kliniki cəhətdən həssas insanlar və uşaqlar üçün deyil, bütün əhali üçün təhlükə yaradır.

Xəbərdə həftə sonu havanın temperaturunun orta göstəricidən 12 dərəcə yüksək olacağı paylaşılıb.

Bugün TV

Oxşar xəbərlər

2026-cı ilin ən varlı koreyalı aktrisası kimdir?

Bugün TV

Çimərliyə PUA hücumu nəticəsində ölənlərin sayı 8-ə çatdı

Aynur Camal

Ərzincanda Urartu dövrünün izləri aşkarlanıb

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu