13 C
Baku
15 Aprel 2026, 14:54
Baş xəbərDünya

ABŞ: “Rusiya taxıl müqaviləsini uzatmasa, bunun əvəzini ödəyər”

Bugun.tv xəbər verir ki, Taxıl dəhlizindən danışan ABŞ dövlət katibi Antoni Blinken Rusiya taxıl müqaviləsini uzatmasa, bunun əvəzini ödəyəcək deyib.

Rusiyanın Ukraynaya hücumunun qlobal ərzaq qiymətlərinə təsirini azaltmaq üçün Birləşmiş Millətlər Təşkilatı (BMT), Türkiyə, Rusiya və Ukrayna 22 iyul 2022-ci il tarixində İstanbulda keçirilən mərasimlə Qara Dəniz Taxıl Dəhlizi Sazişini imzalayıb.

Əvvəllər bir neçə dəfə uzadılan müqavilənin müddəti iyulun 17-də başa çatacaq, lakin bu dəfə Rusiya rəsmiləri müqavilənin uzadılması üçün ehtiyac görmədiklərini bəyan edirlər. Bununla bağlı Putin sərt açıqlamalarla çıxış edib. “Əgər bizə verilən bütün vədlər yerinə yetirilməsə, biz bu müqavilədə iştirakımızı dayandıra bilərik. Lakin bu vədlər yerinə yetirilərsə, biz yenidən müqaviləyə daxil olacağıq”, – deyə o bildirib.

Mənbə: Ensonhaber

 

Bugün TV

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu