14 C
Baku
18 Aprel 2025, 13:46
Baş xəbərDünya

İtaliyanın baş naziri Meloni sabah Ağ Evdə ABŞ prezidenti Trampla tarifləri müzakirə edəcək

İtaliyanın baş naziri Giorgia Meloni sabah Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşərək beynəlxalq məsələləri, xüsusilə də tarifləri müzakirə edəcək.

İtaliya Baş Nazirliyinin açıqladığı həftəlik proqrama əsasən, Meloni sabahdan etibarən iki gün ardıcıl olaraq ABŞ rəhbərliyi ilə yüksək səviyyəli təmaslar keçirəcək. Meloni aprelin 17-də Vaşinqtonda Trampla görüşəcək və sonra Pasxa bayramı üçün İtaliyada olacaq ABŞ-ın vitse-prezidenti J.D.Vansı qəbul etmək üçün dərhal Romaya qayıdacaq.

İtaliya mətbuatında çıxan xəbərlərə görə, ABŞ prezidenti Trampın son həftələrdə Avropa Birliyi (AB) ölkələri də daxil olmaqla bir çox ölkə üçün gündəmə gətirdiyi yeni gömrük tarifləri məsələsi Meloni səfərinin əsas prioritetidir.

İki liderin tariflərdən əlavə, müdafiə xərclərinin artırılması, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki vəziyyət, ABŞ-Avropa İttifaqı (Aİ) münasibətləri, enerji və Çinlə münasibətləri müzakirə edəcəyi gözlənilir.

Trampla prezident olmamışdan əvvəl 8 dekabr 2024-cü ildə Parisdə Notr-Dam kilsəsinin açılışında, daha sonra yanvarın 5-də Floridadakı malikanəsində görüşən və yanvarın 20-də Trampın andiçmə mərasimində iştirak edən yeganə Avropa lideri olan Meloni, onun ABŞ və AB arasında rüsumlar məsələsində körpü rolunu oynaya biləcəyi ictimai maraq mövzusudur.

Mətbuatda yayılan xəbərlər hər iki liderin aralarındakı yaxşı münasibətləri vurğuladığına diqqət çəksə də, sabahkı görüşün Meloninin Tramp üzərində hər hansı təsirinin olub-olmaması ilə bağlı sınaq olacağına dair şərhlər var.

Dünən Romada qatıldığı tədbirdə çıxış edən baş nazir Meloni də Trampla keçirəcəyi görüşə işarə edərək, “Gəlin yaxın saatlarda vəziyyətin necə inkişaf edəcəyini görək. Çətin zamandır” deyib.

Meloni onlara edilən təzyiqlərə diqqət çəkərək tariflə bağlı əllərindən gələni edəcəklərini bildirib.

Baş nazir Meloni qeyd edib ki, bu görüşdə Trampa İtaliya məhsulları idxal edən ölkələrdə sərvət yaratdığını söyləyəcək.

La Stampa qəzetinin bugünkü xəbərinə görə, Meloni, ABŞ səfərindən əvvəl iki baş nazirin müavini, iqtidar partiyası ilə görüşüb. O həmçinin Antonio Tajani və Matteo Salvini və onların nazirlərindən bu səfər zamanı mübahisələrə səbəb ola biləcək bəyanatlardan çəkinmələrini istəyib.

“İl Messaggero” qəzeti də ABŞ-ın bir müddət əvvəl AB-nin sənayedə sıfır tarif təklifini rədd etdiyini xatırladaraq, Brüsselin Vaşinqtonun nə istədiyini anlamaqda çətinlik çəkdiyini, bu arada ABŞ-la dialoqun yolunu açan Meloni Tramp administrasiyasını AB ilə tarif məsələsində bir masa arxasına oturmağa razı salmağa çalışacağını bildirib.

Bildirilib ki, Meloni ABŞ-a səfəri öncəsi Aİ Komissiyasının sədri Ursula fon der Leyen ilə də müntəzəm əlaqə saxlayır.

Bu arada Fransanın sənaye naziri Marc Ferracci ötən həftə “Meloninin səfərinin AB-nin birliyini poza biləcəyini” desə də, Fransa hökumətinin sözçüsü Sofi Primas daha sonra Meloninin ABŞ-a səfərinin “onları narahat etmədiyini” qeyd edib, çünki İtaliya Aİ ilə həmrəy olduğunu bəyan edib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Lukaşenko: “Biz çoxqütblü dünya üçün Qərblə mübarizə aparmalıyıq”

Nigar Məmmədova

Füzuli Dövlət Teatrı bölgələrdə qastrol səfərinə start verib

Şükufə Ramizqızı

Napoleon tortu və qırışlar necə əlaqəlidir? Dermatoloq izah edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu