DünyaHadisə

Partiyanın binasına atəş açıldı

Bugun.tv xəbər verir ki, yerli vaxtla saat 20 radələrində İYİ Partiyanın İstanbul qərargahının binasına atəş açılıb. Güllə pəncərəyə dəyib, xəsarət alan yoxdur. Daxili işlər naziri Süleyman Soylu atəş açanın tutulduğunu qeyd edib.

İstanbul Polis İdarəsi hadisənin hücum olmadığını, müdirliyin binasına güllənin təsadüfən dəydiyini vurğulayıb. Belə ki, yaxın tikintidə oğurluq cəhdinin qarşısını almaq məqsədi ilə silahdan atəş açıldığı ehtimal edilir.

Mənbə: NTV

Şərh yazın