DünyaHadisə

İzdihamda 11 nəfər həyatını itirdi, 6 nəfər yaralandı

Hadisə Pakistanın Kəraçi şəhərində baş verib. Belə ki, fabrik öz işçilərinə pulsuz ərzaq paylayıb. Bu zaman yaranan izdihamda 8-i qadın, 3-ü uşaq olmaqla, 11 nəfər həyatını itirib, 6 nəfər isə yaralanıb.

Bugun.tv xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

İzdihama səbəb qida məhsulları olan bağlamanın paylanmasında təhlükəsizlik tədbirləri görülməməsidir. Kampaniyanı təşkil edən 7 nəfər isə polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, martın 27-də Hayber Paxtunxva və Pəncab əyalətlərində hökumət pulsuz un paylamışdı. Həmin gün də 2-si qadın olmaqla, 7 nəfər izdihamda həyatını itirmişdi.

Mənbə: NTV

Bugün TV

Oxşar xəbərlər

İsrail ordusu İordan çayının qərb sahilində Quran yayımlayan radionu bağladı

Aynur Camal

Fransada və İspaniyada meşə yanğınları: Bordo yaxınlığında 4 minə yaxın insan təxliyə edildi

Aynur Camal

İtaliyada çimərlik yerlərini əvvəlcədən “tutanlara” qarşı əməliyyat keçirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu