Dünya

JD Vance Kiyevdən CPC infrastrukturuna zərbələri dayandırmağı xahiş edib — Financial Times

Bugun.tv xəbər verir ki, ABŞ vitse-prezidenti J.D. Vance Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı zamanı Kiyevdən Xəzər Boru Kəməri Konsorsiumu (CPC) ilə əlaqəli infrastruktura zərbələri dayandırmağı xahiş edib.

Financial Times qəzetinin mənbələrə istinadən yaydığı məlumata görə, telefon danışığı iyulun 31-də baş tutub. Vens söhbət zamanı Vaşinqtonun Kiyevdən CPC infrastrukturu ilə bağlı hücumları dayandırmaq xahişini çatdırıb.

Qəzetin məlumatına görə, Ukrayna həmin danışıqdan sonra CPC terminalının yaxınlığında tankerlərə zərbə endirməyib. Ukraynanın yüksək vəzifəli rəsmilərindən biri Financial Times-a açıqlamasında bildirib ki, Kiyev ABŞ-dan gələn tələbləri “çox diqqətlə” dinləyir.

Məlumata əsasən, Ukrayna tərəfinin bu tələbi qəbul etməsində ABŞ-dan Patriot raketlərinin istehsalı üçün lisenziya almaq istəyinin də rol oynadığı bildirilir.

CPC əsasən Qazaxıstan neftinin Qara dəniz vasitəsilə dünya bazarlarına çıxarılmasında mühüm rol oynayan boru kəməri sistemidir. Konsorsiumun əsas ixrac terminalı Rusiyanın Novorossiysk limanı yaxınlığında yerləşir.

Bloomberg də avqustun 8-də mənbələrə istinadən yazıb ki, ABŞ-ın xahişi ilə Kiyev Rusiya ilə əlaqəli neft tankerlərinə və Qazaxıstan neftinin ixracında iştirak edən Qara dəniz infrastrukturuna zərbələr endirməmək barədə öhdəlik götürüb.

Bloomberg-in məlumatına görə, Ukrayna CPC infrastrukturunu və terminala gedən, Rusiyaya məxsus olmayan gəmiləri hədəfə almamağa razılaşıb. Bunun üçün həmin gəmilərin Ukrayna sanksiyalarına məruz qalmaması və Rusiya yükü daşımaması şərti irəli sürülüb.

Mənbə: TASS

Aynur Camal

Oxşar xəbərlər

Əfqanıstanda qadınların yarısı evdən çıxa bilmir – BMT

Aynur Camal

İspaniya və Avropa total günəş tutulmasına hazırlaşır

Aynur Camal

Qırmızı dənizdə yeni hücum: 4 ekipaj üzvü öldü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu