25 C
Baku
21 İyul 2024, 4:11
Dünya

Josep Borrell: İsrail İordan çayının qərb sahilindəki torpaqları qəsb edir

Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell NATO Sammitindən sonra keçirilən mətbuat konfransında İsrailin qeyri-qanuni torpaq zəbtinin pislənilməli olduğunu bildirib.

ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən NATO-nun 75-ci Yubiley Zirvə toplantısında İsrailin Fələstində törətdiyi qeyri-insani hadisələrdən də bəhs edilib.

Sammitə qatılan siyasətçilər arasında Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Xosep Borrel də olub.

 “Qəzzada vəziyyət dözülməz həddə çatıb”

Liderlər Zirvəsinə qatılan Borrell mətbuat mənsublarına açıqlamalar verib.

Borrell, Qəzza və İordan çayının qərb sahilindəki vəziyyətin hər zamankindən daha pis olduğunu və humanitar vəziyyətin 7 oktyabr 2023-cü ildən bu yana 9 ayda “dözülməz hala gəldiyini” bildirib.

“İsrail İordan çayının qərb sahilini işğal edir”

Borrell: “İordan çayının qərb sahilində İsrail hökuməti torpaqları qəsb edir”. O, beynəlxalq hüquqa zidd olan bu torpaq zəbtinin pislənilməli olduğunu vurğulayıb.

İsrailin baş naziri Benyamin Netanyahu hökumətinin də Fələstin administrasiyasının gəlirlərini müsadirə etdiyini xatırladan Borrell atəşkəs, bütün girovların azad edilməsi və iki dövlətli həll çağırışını təkrarlayıb.

“Ukraynanı dəstəkləməyə davam etməliyik”

Mətbuat konfransında Josep Borrell Ukrayna-Rusiya müharibəsi ilə bağlı fikirlərini bu sözlərlə ifadə edib;

O, Ukraynaya dəstək vermənin müharibəni uzadacağı və Ukraynanın təslim olması mənasına gəlsə belə, sülhün ən qısa zamanda gəlməsi fikri ilə razılaşmadığını ifadə edərək, “Ukraynanın Rusiya təcavüzünə qarşı qalib gəlməsini təmin etməliyik. Biz bu ölkənin suveren müstəqilliyini xilas etmək və azad dünyanın təhlükəsizliyini təmin etmək üçün Ukraynanı dəstəkləməyə davam etməliyik.

 “Çinin Rusiyaya dəstəyi təhlükə yaradır”

Hind-Sakit Okean bölgəsindəki inkişaflara və əməkdaşlığa da əhəmiyyət verilməli olduğunu ifadə edən Borrell, “Çünki Çin ‘məhdud dostluq’ adı altında Rusiyaya dəstək verir. Şimali Koreya Rusiyanın ən əhəmiyyətli xammal tədarükçülərindən biridir və Sakit okean, beynəlxalq hüquq, xüsusilə “Dəniz qanunlarına zidd cəhdlər bütün bölgənin sabitliyini təhdid edir” deyib.

Mənbə: EnSonHaber

Oxşar xəbərlər

Göydə yeni türk imzası

Aynur Camal

Azərbaycan prezidenti Əliyev Türkiyəyə səfər edəcək

Aynur Camal

İşğalçılar Xan Yunusda qırğın törədiblər: Şəhidlər, yaralananlar var

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu