12 C
Baku
7 Noyabr 2025, 11:13
Baş xəbərSosial

“Kreativ Media – Bakı” adlı məzmun müsabiqəsi keçirilir

Bugun.tv xəbər verir ki, Medianın İnkişafı Agentliyi və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Kreativ Media – Bakı” adlı məzmun müsabiqəsi elan edilir. Bu haqda sözügedən Agentliyin yaydığı xəbərdə deyilir. Məlumata görə, müsabiqənin keçirilməsində məqsəd gənclərin yaradıcı düşüncəsini inkişaf etdirmək, müasir media çağırışlarına uyğun yeni ideyaların formalaşması və məzmun istehsal etmə bacarıqlarının inkişafı üçün əlverişli mühit yaratmaq və komanda ilə işləmə bacarıqlarını təkmilləşdirməkdir. Müsabiqə jurnalistika və kommunikasiya ixtisasında təhsil alan və bu sahəyə marağı olan gənclər üçün “MEDİAlab” layihəsi çərçivəsində həyata keçirilir. Müraciət üçün son tarix noyabrın 18-dir.

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

Yol qəzası oldu: 2 ölü, 2 yaralı var

Bugün TV

“İblis və…” tamaşasının premyerası keçirildi

Aynur Camal

Hollivud əfsanəsini görənlər onu tanıya bilməyiblər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu