21 C
Baku
19 İyun 2025, 4:30
Baş xəbərMədəniyyət

“Kabus gecələr “

Müğənni Günay İbrahimli “Kabus gecələr” adlı mahnısına çəkilən klipini təqdim edib.

Mahnının sözləri və musiqisi Zülfi Bədəlov, aranjimanı isə Elvin Musayevə məxsusdur. Klipin rejissorluğu Dele Orucluya həvalə olunub.

İfaçı ekran işindəki öz və modellərin stili üzərində özü çalışıb.

Yeni işindən bəhs edən Günay “Mahnı artıq bir neçə ildir ki, məndədir. Müəyyən səbəblərdən təqdim edə bilmirdim. Bu ilə qismət imiş. Düşünürəm ki, illər keçsə də, səs dəyişsə də, mahnı heç vaxt dəyişmir. Yaxşı mahnı həmişə yaşayır. Bu ərsəyə gələn iş də, inanıram ki, o mahnılar sırasına aid olar. Mahnı məhz mənim istəyim ilə səsimə uyğun olaraq Zülfi Bədəlov tərəfindən yazılıb. Bizim işbirliyimiz daim yaxşı alınır. Biri-birimizi çox yaxşı başa düşürük” sözlərini söyləyib.

Aynur Camal

Oxşar xəbərlər

Qapısı açıq havaya qalxan kiçik təyyarə dayanacağa çırpıldı

Aynur Camal

Bakı şəhəri və Abşeron rayonunda marketlərdə quraşdırılan ödəniş terminallarından oğurluq edən şəxslər saxlanıldı

Kəmalə Sultan

Antalya mavi bayraqlı çimərliklərlə liderliyini qoruyur – FOTOLAR

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu