Baş xəbərMədəniyyət

“Kabus gecələr “

Müğənni Günay İbrahimli “Kabus gecələr” adlı mahnısına çəkilən klipini təqdim edib.

Mahnının sözləri və musiqisi Zülfi Bədəlov, aranjimanı isə Elvin Musayevə məxsusdur. Klipin rejissorluğu Dele Orucluya həvalə olunub.

İfaçı ekran işindəki öz və modellərin stili üzərində özü çalışıb.

Yeni işindən bəhs edən Günay “Mahnı artıq bir neçə ildir ki, məndədir. Müəyyən səbəblərdən təqdim edə bilmirdim. Bu ilə qismət imiş. Düşünürəm ki, illər keçsə də, səs dəyişsə də, mahnı heç vaxt dəyişmir. Yaxşı mahnı həmişə yaşayır. Bu ərsəyə gələn iş də, inanıram ki, o mahnılar sırasına aid olar. Mahnı məhz mənim istəyim ilə səsimə uyğun olaraq Zülfi Bədəlov tərəfindən yazılıb. Bizim işbirliyimiz daim yaxşı alınır. Biri-birimizi çox yaxşı başa düşürük” sözlərini söyləyib.

Aynur Camal

Oxşar xəbərlər

Mingəçevirdə Milli Qurtuluş Gününə həsr olunmuş konfrans keçirilib

Aynur Camal

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Aynur Camal

“Mədəniyyət Körpüləri” platformasının ilk görüşü keçirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu