Digər

Kainatda zaman anlayışı-vaxt necə keçir? – ARAŞDIRMA

Vaxt necə keçir? Bu o qədər dərin sualdır ki, çox az adam bunu soruşmağı düşünər. İnsanlar keçmişdən gələcəyə doğru hərəkət edən indiki zamanda yaşayırlar. Əksər insanlar üçün isə vaxt, sadəcə olaraq, arxa planda sabitləşən dəyişməz bir şey kimi görünür. Zaman sanki yalnız bir istiqamətdə gedir, lakin fiziklər bunu çox fərqli görürlər.
Bəs, kainatda zaman necə irəliləyir? Eynşteyn nəzəriyyəsinə görə, planetlər olduğu kainatda zaman daralır. Bir yerdə nə qədər çox obyekt varsa, zamanın axın sürəti də ona uyğun olaraq azalır.
Teoritikal fizik Sean Carroll isə əslində bunun o qədər də sirli olduğunu düşünmür. “Biz bir dünyada yaşayırıq. Bu dünya əşyalarla doludur və hər şey təkrarlanır. Zaman isə kainatın tarixini təşkil edən bütün o fərqli anların, sadəcə etiketidir”.
Elmin zaman haqqında düşüncə tərzini dəyişdirən Albert Eynşteyndir. O, 1905-ci ildə xüsusi nisbilik nəzəriyyəsi ilə zamanın müxtəlif yerlərdə, fərqli şəkildə keçdiyini sübut edib. Eynşteyn göstərdi ki, sürətli səyahət edənlər üçün zaman digərlərinə görə yavaş keçir. Məsələn, kosmik bir gəmidə səyahət edən şəxs üçün zaman yavaşlayacaq.
Mütəxəssis Kip Torn deyir ki, Eynşteyn kainatda insanların fərqli sürətlə hərəkət etdiyini başa düşürdü.” Hər kəs bir-birinə kainat zamanı ilə bağlıdır. Və çəkim kainatdakı zamanı yönləndirir”.
Kainatda vaxtın sürəti həm də planetlərin hərəkətini müəyyən edir. Zaman bəzən həddindən artıq yavaşlayır. Eynşteynin araşdırmaları zamanın yalnız bir istiqamətdə getdiyini söyləmir. Vaxtın geriyə hərəkəti ilə bağlı çaşqınlıq yaradan alimlərdən biri də 20-ci əsrdə yaşamış Artur Eddinqtondur.
Astorfizik Andrey Jaffe fikrincə, fizika qanunları əksər hallarda zamanın irəli getməsi ilə geriyə doğru gedən zaman arasında fərq qoymur. “Yaşadığımız dünya, şübhəsiz ki, fərqlidir irəlidən geriyə. Cazibə qüvvəsi qara dəlik ətrafında daha çox olur. Ona yaxınlaşdıqca zaman daha çox yavaşlayır. Bizim dünyada keçirdiyimiz bir saniyə orada 7 ilə bərabər olur”.
Teoritikal fizik Sean Carroll sözlərinə görə, əslində bu “əkiz paradoksu” adı verilən bir anlayışdır. “Əkiz obyektlər əgər eyni yaşdadılarsa, biri qara dəliyə daha da yaxınlaşarsa və orada qalarsa, zaman dayanmış olacaq. Maraqlısı odur ki, əgər insan qara dəlikdən uzaqlaşa bilərsə, onda gələcəyə getmiş olacaq. Çünki qara dəlikdə keçirəcəyimiz bir neçə gün dünyada yüz illərə bərabərdir”.
Galiley və Nyutona görə, mütləq və sabit olan zaman, Enşteynə görə, başqa formada xarakterizə edilir. O, deyirdi ki, sabit olan, sadəcə işığın hərəkətidir. İllərin, əsrlərin belə insan üçün müəyyən edə bilmədəyi, sübuta yetirilməyən bir çox elmi fərziyyələr hələ də araşdırılmaqdadır. Zamanın necə və hansı sürətlə keçəcəyini və insanlığın gələcəkdə nələrlə qarşılaşacağını bilmirik. Bizə yalnız insan ömrünün yetdiyi vaxtdan doğru və səmərəli istifadə edə bilmək qalır.

Nigar Məmmədova

Oxşar xəbərlər

Bu il 3000-ə yaxın tarixi əsər qaytarılıb

Teymur Əziz

Tramvay xəttində bəzi xidmətlər dayandırıldı

Bugün TV

Dostunu və anasını parçalara ayıraraq bədənlərinin hissələrini taksi ilə daşıdı

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu