DünyaHadisə

Kaliforniya ştatında güclü yağış və tufanlar hökm sürür

ABŞ-ın Kaliforniya ştatı güclü yağış və tufanların təsiri altındadır. Təbii fəlakət nəticəsində 2 nəfər həyatını itirib.

Bugun.tv xarici mediaya istinadən xəbər verir ki, bu barədə San Fransisko Bələdiyyəsi məlumat yayıb.

Milli Hava Xidməti San Dieqo bölgəsində 2 milyondan çox insan üçün şiddətli fırtına xəbərdarlığını təkrarlayıb. Yağışlar ştatın düzənliklərində daha təsirli olub. Los-Anceles bölgəsində və Sierra Nevadada yüksək hündürlüklərdə güclü qar yağıb.

Şiddətli yağışlardan sonra Kaliforniyada quraqlıq təhlükəsinin yüzdə 36-ya endiyi, bu rəqəmin ən aşağı quraqlıq göstəricisi olduğu bildirilib.

Bu barədə ABŞ-da quraqlığı ölçən Dought Monitor saytı xəbər yayıb.

Qeyd edək ki, 2022-ci ilin dekabrına olan məlumata görə, Kaliforniyanın 98 faizində quraqlıq şəraiti hökm sürür.

Bugün TV

Oxşar xəbərlər

15 ildən sonra ilk Həcc reysi həyata keçirildi

Aynur Camal

Tramp: Yeganə planımız İranın nüvə silahına sahib olmamasıdır

Aynur Camal

İtaliya Qəzzadan 72 fələstinli tələbənin təxliyəsini həyata keçirir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu