Dünya

Kanada ABŞ-a “dollar-for-dollar” cavab verdi: yüzlərlə məhsula yeni tariflər

Bugun.tv xəbər verir ki, Kanada ABŞ Prezidenti Donald Trampın Kanada məhsullarına tətbiq etdiyi yeni tariflərə cavab olaraq ABŞ-dan idxal olunan yüzlərlə məhsula qarşılıqlı gömrük rüsumları tətbiq etmək qərarına gəlib.

Associated Press-in məlumatına görə, Kanada hökuməti 700-dən çox ABŞ məhsuluna 15, 25 və 50 faizlik tariflər tətbiq edəcək. Yeni rüsumların 8 sentyabr 2026-cı ildən qüvvəyə minməsi nəzərdə tutulur.

Kanadanın cavab tədbirləri əsasən ABŞ-dan gətirilən polad, balıq və dəniz məhsulları, pendir, geyim, kosmetika və müxtəlif məişət məhsullarını əhatə edir. Polad və alüminium məhsullarının bir hissəsinə tariflərin 50 faizə çatacağı bildirilir.

Bu qərar ABŞ-ın Kanada məhsullarına tətbiq etdiyi yeni 50 faizlik tariflərdən sonra verilib. ABŞ-ın yeni rüsumları təxminən 20 milyard dollar dəyərində Kanada məhsuluna təsir edir.

Kanadanın maliyyə naziri Fransua-Filip Şampan hökumətin tədbirlərini ölkənin iqtisadi maraqlarını və iş yerlərini qorumaq məqsədi daşıyan “mütənasib” cavab kimi qiymətləndirib. Kanada hökuməti tariflərdən zərər çəkə biləcək şirkət və işçilərə dəstək üçün əlavə 7,8 milyard Kanada dolları ayıracağını açıqlayıb.

ABŞ və Kanada arasında ticarət danışıqlarının ötən həftə uğursuzluqla nəticələnməsindən sonra iki ölkə arasında gərginlik daha da artıb. ABŞ Prezidenti Donald Tramp isə Kanada avtomobillərinə, yük maşınlarına və avtomobil hissələrinə tətbiq olunan tarifləri gələn ildən 50 faizə yüksəltməklə hədələyib.

İki ölkə arasında ticarət müharibəsinin dərinləşməsi Şimali Amerikanın avtomobil sənayesi və uzun illər ərzində formalaşmış təchizat zəncirləri üçün əlavə risklər yaradır.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Film çəkilişi zamanı at kameramana çırpıldı

Aynur Camal

Hava limanında təyyarə yerüstü xidmət əməkdaşını vuraraq öldürüb

Aynur Camal

Venesiya yaxınlığındakı Napoleon qalalı ada satışa çıxarıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu