Baş xəbərİqtisadiyyat

Vüqar Bayramov: Azərbaycan və Özbəkistan yeni bir ilkə imza atdı

Bugun.tv xəbər verir ki, Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri çərçivəsində imzalanan “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”ni şərh edib.

Deputat sosial media hesabında paylaşdığı yazıda bu sənədin Azərbaycan və Özbəkistan arasında strateji münasibətlərin yüksək səviyyəsini bir daha təsdiqlədiyini bildirib.

Vüqar Bayramovun sözlərinə görə, əbədi dostluq haqqında müqavilənin imzalanması iki xalq arasında tarixi yaxınlığın daha da möhkəmləndirilməsi, qarşılıqlı hörmət və etimada əsaslanan əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. O qeyd edib ki, belə anlaşmalar siyasi münasibətlərlə yanaşı, iqtisadi əlaqələrin, qarşılıqlı investisiyaların və xarici ticarətin genişlənməsinə də şərait yaradır.

Deputat xatırladıb ki, Mərkəzi Asiyada oxşar sənəd 1997-ci ildə Qazaxıstan, Qırğızıstan və Özbəkistan arasında imzalanıb. 2025-ci ildə isə Çin və Mərkəzi Asiyanın beş ölkəsi – Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan arasında əməkdaşlığı əhatə edən sənəd imzalanıb.

Bayramov Azərbaycan və Özbəkistan arasında imzalanan müqavilənin isə ikitərəfli formatda mühüm yenilik olduğunu vurğulayıb. Onun fikrincə, sənəd heç bir dövlətə qarşı yönəlmədən Azərbaycan və Özbəkistan arasında qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edir.

Deputat hesab edir ki, müqavilənin imzalanması Türk dünyasının inteqrasiyasının və dövlətlər arasında əlaqələrin daha da dərinləşdirilməsi baxımından tarixi addım kimi qiymətləndirilə bilər.

Vüqar Bayramov, Azərbaycan Özbəkistan münasibətləri, Əbədi Dostluq Müqaviləsi, İlham Əliyev Özbəkistan səfəri, Türk dünyası, Azərbaycan Özbəkistan əməkdaşlığı, Türk dünyasının inteqrasiyası, Azərbaycan siyasəti

Aynur Camal

Oxşar xəbərlər

Vüqar Bayramov: Azərbaycan və Özbəkistan arasında Əbədi Dostluq Müqaviləsi Türk dünyasının inteqrasiyasında tarixi addımdır

Aynur Camal

Ceyhun Məmmədov – Bu gün müsəlmanlar Mövlud gününü qeyd edir

Aynur Camal

Si Cinpin müstəqil Fələstin dövlətinin yaradılmasına çağırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu