26 C
Baku
20 Sentyabr 2026, 13:27
Digər

Kanada Rusiya neftinin qiymət tavanını 60 dollardan 47,6 dollara endirdi

Bugun.tv xəbər verir ki, bu barədə məlumat ölkənin rəsmi hökumət portalında yerləşdirilib. “Kanada Avropa İttifaqı və Böyük Britaniyanın yaxın günlərdə elan etdiyi tədbirlərə uyğun olaraq, Rusiya nefti üçün qiymət tavanını 60 dollardan 47,6 dollara endirib”, – deyə məlumatda bildirilir. Yeni qiymət tavanı yalnız sentyabrın 3-dən sonra gəmilərə yüklənən və 45 gün ərzində təyinat nöqtəsində boşaldılan neftə tətbiq ediləcək. Yəni bu məhdudiyyətlər qərardan əvvəl yola salınan neftə şamil olunmayacaq. Qeyd edək ki, Avropa Komissiyası tərəfindən qəbul edilən 18-ci sanksiyalar paketində sentyabrın 3-dən etibarən Rusiya nefti üçün maksimum qiymət 60 dollardan 47,6 dollara endirilib. Bu məhdudiyyətlər çərçivəsində Avropa İttifaqının şirkətlərinə Rusiya neftinin daşınması və müvafiq xidmətlərin göstərilməsi qadağan edilib.

Bugün TV

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu