A mysterious floating island with trees has appeared in Canada.
Dünya

Kanadada ağacları olan sirli üzən ada peyda oldu

Bugun.tv xəbər verir ki, Kanadanın Britaniya Kolumbiyası əyalətində yerləşən Villiston su anbarında ağaclarla birlikdə hərəkət edən qeyri-adi üzən “ada” aşkar edilib.

Hi-Tech Mailin məlumatına görə, obyekt ilk dəfə avqustun 13-də yerli balıqçı Roki Everi tərəfindən görüntülənib. İlk baxışda adaya bənzəsə də, mütəxəssislər bunun əslində torf, ağac kökləri və sahildə illər ərzində toplanmış bitki materialından yaranan böyük bir üzən təbəqə olduğunu bildirirlər.

Maraqlısı budur ki, üzərindəki ağaclar canlıdır və böyüməkdə davam edir. Peyk görüntülərinin araşdırılması göstərib ki, üzən obyekt ən azı iyulun 21-dən mövcud olub.

Mütəxəssislərin fikrincə, 2026-cı ildə su anbarının son 14 ildə ilk dəfə maksimum səviyyəyə çatması sahildə illər ərzində toplanmış materialı sudan ayıraraq hərəkətə gətirib.

Üzən təbəqənin su anbarındakı bənd üçün təhlükə yaratmadığı bildirilir. Lakin onun naviqasiya xəritələrində göstərilməməsi qayıq və balıqçılar üçün risk yarada bilər.

Yerli sakinlər isə bu qeyri-adi təbiət hadisəsinin necə yarandığını daha ətraflı öyrənmək üçün onun altına sualtı kamera yerləşdirməyi planlaşdırırlar.

Mənbə: Hi-Tech Mail

Aynur Camal

Oxşar xəbərlər

Rusiyanın Kiyevə hava hücumu nəticəsində 2 nəfər öldü, 10 nəfər yaralandı

Aynur Camal

Avstraliya texnologiya şirkətlərini böyük cərimələrlə hədələdi

Aynur Camal

Tramp Kanadaya ultimatum verdi: Bombardier təyyarələrinin ABŞ-da satışı dayandırıla bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu