Image default
Baş xəbərDünya

Kanadada seçki günü

Kanadada ümumi seçkilərdə səslərin hesablanması davam edərkən, qeyri-rəsmi nəticələr hakim Liberal Partiyasının birinci, Mühafizəkarlar Partiyasının ikinci yerdə olduğunu göstərir.

Kanadanın CBC telekanalının ölkədə səsvermə prosesi başa çatdıqdan sonra paylaşdığı ilk qeyri-rəsmi nəticələrə görə, baş nazir Mark Karninin rəhbərlik etdiyi Liberal Partiya 48,1 faiz səslə seçkilərdə liderdir.

Pierre Poilievre-nin rəhbərlik etdiyi Mühafizəkarlar Partiyası 42 faiz səslə ikinci, Kvebek Bloku Partiyası isə 7 faiz səslə üçüncü yerdədir.

Keçmiş baş nazir Castin Trüdonun 2015-ci ildə tutduğu vəzifədən istefa verdikdən sonra martın 14-də estafeti təhvil verən Liberal Partiyasının lideri Karni, son sorğulara görə, seçki qutusundan qalib çıxması gözlənilən ən güclü namizəd olaraq görülür.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Mütəxəssislər isti havada susuz qalmamaq üçün əsas qaydaları açıqlayıblar

Aynur Camal

ABŞ-ın ilk Papası Müstəqillik Günü ərəfəsində Azadlıq Medalı ilə təltif olundu

Aynur Camal

Böyük Britaniyada xidmət sektoru son illərin ən zəif nəticəsini göstərib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu