Kanar adaları hökuməti hantavirus halları qeydə alınan Hollandiya bayraqlı MV Hondius gəmisinin adaya yanaşmasına icazə verilməsi qərarına etiraz edib.
Kanar adalarının rəhbəri Fernando Clavijo bildirib ki, İspaniya mərkəzi hökumətinin qərarı kifayət qədər texniki əsaslandırmaya malik deyil və əhalinin təhlükəsizliyinə dair aydın təminat vermir.
Məlumata görə, hazırda MV Hondius gəmisində 7 nəfərdə hantavirus aşkarlanıb. Onlardan 3 nəfər həyatını itirib. Gəmi mayın 3-dən etibarən Cape Verde sahilləri yaxınlığında karantində saxlanılır.
Argentinadan yola çıxan gəmidə 23 ölkədən 88 sərnişin və 59 heyət üzvü olduğu bildirilir. Gəminin üç gün ərzində Gran Canaria və ya Tenerife limanlarından birinə yanaşacağı gözlənilir.
World Health Organization isə xəstəliklə bağlı təmasda olmuş şəxslərin izlənməsinin davam etdiyini açıqlayıb.
Mənbə: Ensonhaber
