Dünya

AB ABŞ-ı ticarət sazişinə əməl etməyə çağırdı

Avropa Birliyi ABŞ administrasiyasını tərəflər arasında əldə olunmuş ticarət razılaşmasının şərtlərinə riayət etməyə çağırıb.

AB-nin Ticarət Komissarı Maroş Şefçoviç Parisdə ABŞ Ticarət Nümayəndəsi Ceymison Qrir ilə keçirdiyi görüşdə Vaşinqtonun əvvəlki öhdəliklərinə qayıtmasının vacibliyini vurğulayıb. Təxminən 90 dəqiqə davam edən danışıqlarda tərəflər arasında bir il əvvəl Şotlandiyanın Turnberi şəhərində əldə edilmiş razılaşma da müzakirə olunub.

Həmin razılaşmaya əsasən, ABŞ-nin Avropa Birliyi məhsullarına tətbiq etdiyi tariflərin 15 faizlə məhdudlaşdırılması nəzərdə tutulurdu. Lakin son günlər ABŞ prezidenti Donald Trampın Avropa Birliyindən idxal edilən avtomobillərə 25 faizlik gömrük rüsumu tətbiq edə biləcəyi ilə bağlı açıqlamaları gərginliyi yenidən artırıb.

Məlumata görə, hazırda ABŞ bəzi Avropa məhsullarına əlavə 10 faizlik yeni tarif tətbiq edir. Bu isə bir sıra mallarda ümumi vergi yükünün 30 faizə qədər yüksəlməsinə səbəb olur.

Görüşdə AB tərəfi sazişin icrası ilə bağlı son vəziyyəti Vaşinqtona çatdırıb. Avropa Birliyi daxilində isə danışıqlar davam edir. Bir sıra deputatlar tariflərin azaldılmasının yalnız ABŞ-nin öz öhdəliklərini yerinə yetirməsi halında mümkün olacağını bildirirlər.

Tərəflər arasında yeni danışıqlar mərhələsinin yaxın saatlarda keçirilməsi planlaşdırılır.

Mənbə: İLKHA

Aynur Camal

Oxşar xəbərlər

NATO baş katibi Mark Rutte: Əsas təhlükələr Rusiya, Çin və Şimali Koreyadır

Aynur Camal

Macarıstan pul vahidləri avroya keçməyi hədəfləyir

Aynur Camal

Alimlərdən yeni iddia: Su iki fərqli mayenin qarışığı ola bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu