12 C
Baku
5 Dekabr 2025, 14:59
Baş xəbərİdman

Karateçilərimiz Avropa çempionatında 8 medal qazanıb

Bugun.tv xəbər verir ki, Karateçilərimiz İspaniyanın Qvadalahara şəhərində Avropa çempionatında 8 medal qazanıb. Mükafatların biri qızıl, dördü gümüş, üçü isə bürüncdür.

8 medaldan 1 qızıl, 2 gümüş1 bürünc medala para-karateçilər sahib olub.

Fərdi kumite yarışlarında İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (68+ kq) Avropa ikincisi olub. Tural Ağalarzadə (-67 kq) və Fərid Ağayev (-75 kq) isə bürünc medal qazanıb.

Bu nəticə ilə Azərbaycan medal qazanan ölkələr arasında Xorvatiya ilə 9-10-cu yerləri bölüşüb. 5 gün davam edən qitə çempionatında 48 ölkədən 468 idmançı iştirak edib.

Para-Karateçilərin Avropa çempionatında Emiliya Mitlinova birinci yeri, Eldar Əhmədov ikinci pilləni, Nihat Məmmədzadə və Ariyana Mitlinova isə üçüncü sıranı tutub. Para-karateçilərimiz medal sıralamasında ikinci olub.

Federasiyadan verilən məlumata görə, böyüklərin növbəti Avropa çempionatı 2024-cü ildə Xorvatiyada keçiriləcək.

Aynur Camal

Oxşar xəbərlər

Rusiya prezidenti Azərbaycanın şərtlərini qəbul etdi..

Aynur Camal

Axtarılan şübhəlilərə qarşı əməliyyat: 15 nəzarətə alındı

Aynur Camal

Quduzluq şübhəsinə görə 9 nəfərə vaksin vuruldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu