Dünya

Karib dənizində 50-dən çox ölkənin lideri mühüm sammit üçün toplaşır

Antigua və Barbuda dövlətinin ev sahibliyi etdiyi Birlik ölkələrinin hökumət başçılarının görüşündə 50-dən çox ölkənin liderinin iştirakı gözlənilir. Dörd gün davam edəcək toplantıda ticarət, iqlim dəyişiklikləri və qlobal iqtisadi çətinliklər müzakirə olunacaq.

Bugun.Tv xəbər verir ki, bu barədə Associated Press agentliyi məlumat yayıb.

Sammitdə iştirak edən ölkələr ümumilikdə təxminən 2,7 milyard insanı təmsil edir. Birlik Təşkilatının baş katibi Şirli Botçvey bildirib ki, müzakirələrin əsas istiqamətləri münaqişələr, iqtisadi sarsıntılar, yaşayış xərclərinin artması, iqlim dəyişiklikləri və ticarət maneələri olacaq.

Toplantıda üzv ölkələr arasında ticarətin genişləndirilməsi və xarici tariflərdən asılılığın azaldılması yollarının müzakirəsi nəzərdə tutulur. Həmçinin təxminən 10 milyon gəncin rəqəmsal bacarıqlarının inkişafı üçün fond yaradılması təklif edilir.

Enerji sahəsində fosil yanacaqlardan bərpaolunan mənbələrə keçidin dəstəklənməsi də gündəmdədir. Birliyin 56 üzvündən 49-nun okean sahilində yerləşməsi səbəbindən dəniz səviyyəsinin yüksəlməsi və iqlim təhlükələri xüsusi diqqət mərkəzində olacaq.

Mənbə: Associated Press

Aynur Camal

Oxşar xəbərlər

Kalininqradda tikilən yeni radar Avropanın böyük hissəsini izləyə bilər

Aynur Camal

60 ildən sonra nadir böcəyin yenidən çoxaldığına dair sübut tapıldı

Aynur Camal

ABŞ-da Hellouin həftəsonu silahlı insidentlərdə azı altı nəfər öldü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu