27 C
Baku
27 İyul 2024, 3:34
Baş xəbərTexnologiya

Keçmişdə baş vermiş hadisələri yenidən yaşaya bilərik

VR texnologiyalar sahəsində fəaliyyət göstərən Wist Labs adlı startap öz yeni proqram təminatını sərgiləyib.

Bugun.tv xəbər verir ki, sərgilənmiş proqram təminatı istifadəçilərə xatirələrin süni intellket vasitəsilə canlandırılmasına imkan verəcək. Startap təmsilçilərinin planlarına əsasən bu, keçmişdə baş vermiş hadisələri sözün əsl mənasında yenidən yaşamaq imkanı sərgiləyəcək. Wist Labs şirkətinin rəsmi saytındakı məlumata əsasən, bu proses olduqca sadə görünür.

Belə ki, istifadəçilər bu və ya digər video yazını virtual 3D-yə çevirmək üçün xüsusi tətbiqdən istifadə edəcəklər. Daha sonra onlar əldə olunan 3D səhnəni öz veb brauzerlərində, smartfonlarında və ya VR cihazlarında oynada biləcəklər. Şirkət bildirib ki, xatirələr smartfon vasitəsilə çəkilmiş videoları 3D səhnələrə konvertasiyası vasitəsilə reallığa çevriləcəklər.

Mənbə: TechnoLand Telegram

Aynur Camal

Oxşar xəbərlər

Meşə yanğınında 31 baş heyvan tələf oldu

Bugün TV

İki avtomobil toqquşdu: 2 nəfər öldü, 2 nəfər yaralandı

Bugün TV

47 min 500 makaron ələ keçirildi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu