Kembric lüğəti, 2026-cı ilin sözü, insan, süni intellekt, insan zəkası, insan yaradıcılığı, rəqəmsal texnologiyalar, dünya xəbərləri
Baş xəbərDünya

Kembric lüğəti 2026-cı ilin sözünü seçdi: “İnsan”

Süni intellektin sürətlə inkişaf etdiyi və gündəlik həyatın müxtəlif sahələrinə nüfuz etdiyi bir dövrdə Kembric lüğəti 2026-cı ilin sözünü elan edib. Bu il seçim texnologiya ilə bağlı terminlər deyil, insan anlayışının özünə yönəlib.

Bugun.tv xəbər verir ki, Kembric lüğəti 2026-cı ilin sözü kimi ingilis dilində “Human” – “İnsan” sözünü müəyyən edib.

Lüğət mütəxəssislərinin fikrincə, bu seçim süni intellektin inkişafı fonunda insan zəkası, yaradıcılığı, duyğuları və fərdi xüsusiyyətləri ətrafında artan müzakirələri əks etdirir.

Kembric Universitetinin nəşriyyat qurumunun nümayəndəsi Françeska Vudvord bildirib ki, son bir ildə insanlar süni intellektin iş yerlərinə, yaradıcılığa və gündəlik həyata təsiri səbəbindən insan olmağın nə demək olduğu barədə daha çox düşünməyə başlayıblar.

Lüğətin leksikoqrafı Kolin Makintoşun sözlərinə görə, “human-made” və “human-written” kimi ifadələrin daha çox işlədilməsi də insan əməyini və yaradıcılığını süni intellekt tərəfindən yaradılan məzmundan fərqləndirmək ehtiyacının artdığını göstərir.

2026-cı ilin sözü uğrunda “agent”, “analogue” və “wholesome” sözləri də namizədlər arasında olub. “Agent” müstəqil qərarlar verə bilən süni intellekt sistemlərini, “analogue” rəqəmsal olmayan təcrübə və əşyaları ifadə edir.

Qeyd edək ki, ötən il Kembric lüğətinin seçimi “parasocial” sözü olmuşdu. Bu termin insanın şəxsən tanımadığı məşhur və ya obrazla qurduğu birtərəfli emosional bağlılığı ifadə edir.

 

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

Si Cinpin və Vladimir Putin Şençjendə görüş keçirdilər

Aynur Camal

ABŞ-da uçuşların dayandırılması: Demokrat senatorlar izahat tələb edir

Aynur Camal

Sakit okeanın dibində bir daşın içindən 245 canlı orqanizm aşkarlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu