Baş xəbər

Kiçik biznes sahələrinə baxış keçirildi

  Bugun.tv-yə daxil olan məlumata görə,  bu dəfə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev özünüməşğulluq proqramı çərçivəsində Qaxda olub.

Nazirlik özünüməşğulluq proqramı çərçivəsində Qax rayon sakinləri Abidov Tofiq Bədrəddin oğlu və Əliyeva Nərmin Vəli qızı üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.

Məlumatda bildirilib ki, ötən dövrdə Qax rayonunda 840 şəxs üçün özünüməşğulluq proqramının dəstəyi ilə kiçik təsərrüfatlar qurulub.

Özünüməşğulluq proqramı üzrə verilmiş avadanlıqlar hesabına T.Abidov avtomobil şinlərinin bərpası və təmiri, N.Əliyeva isə qadın gözəllik salonu üzrə kiçik biznes sahələrini yaradıblar.

Hər iki proqram iştirakçısı işsiz şəxslərin kiçik biznesə çıxışının dəstəklənməsi üçün yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər. Onlar qurduqları kiçik təsərrüfatların fəaliyyəti barədə məlumat verib, biznes sahələrini genişləndirməyə səy göstərdiklərini qeyd ediblər.

Mənbə: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İctimaiyyətlə əlaqələr şöbəsi

Aynur Camal

Oxşar xəbərlər

Dünya Kuboku azarkeşlərini güclü tufan təhlükəsi gözləyir

Aynur Camal

Məhəmməd Əsədullazadə: ABŞ-İran memorandumu yeni əməkdaşlıq mərhələsinin başlanğıcıdır

Aynur Camal

Ultra emal olunmuş qidalar asılılıq yaradır: Problem iradədə deyil, bioloji tələdədir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu