Baş xəbərDünya

“Kim Milyoner Olmak İster” verilişində maraqlı anlar yaşandı

Türkiyədə yayımlanan “Kim Milyoner Olmak İster” verilişində maraqlı anlar yaşanıb.

Bugun.tv Türkiyə mediasına istinadən xəbər verir ki, verilişə qatılan Rabia Birsen adlı fiziki məhdudiyyətli iştirakçı ard-arda verilən sualları doğru cavablandırıb.

24 yaşlı Rabia “İstiqlal Marşını TBMM kürsüsündə ilk dəfə kim oxuyub” sualına doğru cavab verib. O, 400 min TL (25 400 AZN) qazanıb. Gənc qızın bu qələbəsindən sonra aparıcı Kenan İmirzalıoğlu “Səni qucaqlayıb öpmək istəyirəm. Möhtəşəmsən” deyərək onu alnından öpüb.

Rabiaya 1 milyon TL-ni (63 500 AZN) qazandıracaq 12-ci sual isə növbəti verilişə saxlanılıb.

Kəmalə Sultan

Oxşar xəbərlər

Pakistanda hərbi təlim təyyarəsi qəzaya uğradı, iki pilot öldü

Aynur Camal

Məhəmməd Əsədullazadə: “Milli birliyimizi, bütövlüyümüzü və dəyərlərimizi qorumalıyıq”

Aynur Camal

Təmiz su tələbi ilə etirazlar toqquşmaya çevrildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu