25 C
Baku
27 İyul 2024, 6:39
Digər

Kimlər saç əkdirə bilər?

Müasir dövrdə demək olar ki, bizi narahat edən bütün problemlərin həll yolu var. Son zamanlar tökülən saçlar da müasir tibbi yolla həll olunub. Xüsusi ilə kişilərin müraciət etdiyi saç əkdirmə proseduru necə həyata keçirilir? Kimlərə saç əkdirmək olmaz?

Məsələ ilə bağlı trixoloq Cəmilə Əsgərova Bugun.tv-nin saullarını cavablandırıb.

O, bildirib ki, artıq kişilər də ən az qadınlar qədər xarici görünüşlərinə önəm verirlər. Saç insanlarda imic yaradan və gözəl göstərən əsas amildir. Elə bu səbəbdən də, kişilərin ən böyük kabusu saç tökülməsidir. İyirmi yaşın sonlarında 12 faizə yaxın kişi bu problemlə üzləşir. Bəzilər buna əhəmiyyət verməsə də, bəziləri üçün ən yüngül saç azlığı iş və sosial həyatda çətinlik yaradır.Kişilərdə müşahidə edilən saç tökülməsi səbəblərinin 90 faizə qədərini genetik faktorlar təşkil edir. Bundan başqa insanlar yaşlanarkən və ya baş dərisi əməliyyatları, tiroid kimi bəzi xroniki xəstəliklərə bağlı olaraq da saç itkisi yaşaya bilirlər. Trixoloqlar bildirir ki, qadınlar da ən az kişilər qədər bu problemdən əziyyət çəkir.

Adətən əkim üçün  müraciət edənlərdə genetik səbəblərdir. Kişilərdə andro-genetik səbəblərdən saç tökülməsi varsa, saç əkimi həyata keçirilə bilər. Xanımlarda isə, saç əkimi adətən hər hansı əməliyyat sonrası baş nahiyəsində olan çapığın üzərinə, hörüklərdən, qaynaqlardan sonra saçı bərk dartmaq sayəsində saçları tökülür. Bu problemin aradan qaldırılması üçün tək seçim  saç əkimidir

Saç əkimindən əvvəl bütün əməliyyatlarda olduğu kimi, qana təsir edəcək dərman növlərinin 15 gün öncə dayandırılması məsləhət görülür. Çox yaşlı, sağlıq vəziyyəti pis olan, xroniki xəstəlik və ya da xərçəngdən əziyyət çəkən kişilərə saç əkdirmək olmaz.

Saç əkimi üçün təxminən 20-60 yaş arası sağlam şəxsləri götürürük.Hər hansı qara ciyər, ürək, böyrək çatışmazlığı, yüksək şəkər və arterial təzyiqi, qan laxtalanması problemi yoxdursa, hətta 70 yaşa kimi də saç əkmək olar. Proses  6-8-9 saatımızı alır.Bu da pasientin keçəllik dərəcəsindən asılıdır. Nə qədər kök əkəcəksənsə, o qədər iş var.Əkim sonrası 10 gün xüsusi diqqət və qulluğa ehtiyac var. Əkilmiş saçların xüsusi yuyulma  vasitəsi var ki, 10 gün ərzində bu proses bitir.

Bu əməliyyatdan sonra pasientin bir neçə saat dincəlməsi kifayət edir. İlk 3 ay isə diqqətli olmaq lazımdır.

Əkim sonrası ilk 3 ay əkilmiş saçlar üçün həssas dövrdür. Ağır idmanlar, sauna, üzgüçülük kimi prosedurlar qadağandır.Əkilmiş saç soğanaqları 3 ay sonra çıxmağa  başlayacaq. Bu prosesə 1 il müddətində tamamlanacaq.Saçların vaxtından əvvəl tökülməməsi üçün, onlara düzgün qulluq göstərmək önəmlidir. Həkim məsləhəti olmadan saça jele və müxtəlif maskalar çəkmək tövsiyyə olunmur.

Nigar Məmmədova

Oxşar xəbərlər

Azərbaycanlı alim: “Xəzər dənizi öz ərazisinin 34%-ni itirəcək”

Aynur Camal

Evlərin dekorosiyasında istifadə olunan terrarium necə hazırlanır?

Nigar Məmmədova

Reza Deqatinin Xocalı soyqırımı haqqında yeni saytı istifadəyə verilib

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu