Baş xəbərMədəniyyət

“Kızılcık Şerbeti”nin Aposu Settar Tanrıöğenin son durumu açıqlandı

Bugun.tv xəbər verir ki, “Kızılcık Şerbeti” serialındakı rol yoldaşı Ceren Karakoç beyin qanaması keçirən və uzun müddət xəstəxanada müalicə alan Settar Tanrıöğenin səhhətinin gündən-günə yaxşılaşdığını açıqlayıb.

Qeyd edək ki, aktyor ötən aylarda çaşqınlıq şikayəti ilə getdiyi xəstəxanada beyin qanaması keçirdiyini və daha sonra 1 ay 15 gün ərzində 3 dəfə əməliyyat olunduğunu öyrənib.

Serialdakı tərəf müqabili aktrisa Ceren Yalazoğlu Karakoç iki həftə əvvəl xəstəxanadan evə buraxılan ustad aktyor Settar Tanrıöğənlə işləməyin xoş olduğunu, ondan çox şey öyrəndiyini və öyrənməyə davam edəcəyini bildirib.

“Onun səhhəti yaxşıdır. Xəstəxanadan evə buraxılıb. Onun yenidən işə qayıtmasını gözləyirik”, – deyə, əlavə edib. O, Settar Tanrıgörenin seriala baxdığını və çəkiliş meydançasına baş çəkməyə gələcəyini söyləyib.

İntizar Əmirova

Oxşar xəbərlər

Güləşçimiz erməni Samvel Qriqoryanı məğlub edib

Teymur Əziz

Göydə yeni türk imzası

Aynur Camal

İlham Əliyev BMT Baş katibinin siyasət üzrə müavinini qəbul etdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu