Digər

Kölndə müharibə əleyhinə keçirilən etiraz aksiyası iğtişaşlarla nəticələnib

Bugun.tv yerli mediaya istinadla xəbər verir ki, “Rheinmetall”i silahsızlaşdırın!” şüarı altında keçirilən yürüşdə polis və etirazçılar arasında qarşıdurma baş verib. Polis məlumatında bildirilib ki, etirazçılar dəfələrlə qanunları pozduqları, polis əməkdaşlarına hücum etdikləri üçün aksiya dayandırılıb. Hüquq-mühafizə orqanları hücumların qarşısını almaq üçün gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib. Hadisə nəticəsində 12 polis əməkdaşı xəsarət alıb. Etirazçılar arasında da xəsarət alanlar var. Etirazçılar Almaniyanın hərbsizləşdirilməsini və silahlanmanın dayandırılmasını tələb ediblər. Üç min nəfərin qatıldığı yürüşdə sülh təşəbbüsləri və Fələstin tərəfdarı qrupların üzvləri iştirak ediblər. Onlar Almaniyada hərbi xidmət haqqında yeni qanuna etiraz edərək xalqlar arasında dostluğun vacibliyini vurğulayıblar.

Bugün TV

Oxşar xəbərlər

Dərman çatışmazlığı rekord həddə çatdı

Aynur Camal

Yaxın Şərqdəki gərginlik Yaponiyada plastik məhsul qıtlığı yaratdı

Aynur Camal

Everestdə yeni sürət rekordu: ABŞ-li alpinist zirvəyə 9 saat 55 dəqiqəyə çatdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu