27 C
Baku
23 Sentyabr 2026, 13:29
DünyaSiyasət

Kolumbiyada prezident seçkilərində Trumpın dəstəklədiyi namizəd qalib gəldi

Bugun.tv xəbər verir ki, Kolumbiyada keçirilən prezident seçkilərinin ikinci turunda sağçı namizəd Abelardo de la Espriella qalib gəlib.

Qeyri-rəsmi nəticələrə əsasən, seçki məntəqələrinin 99,91 faizi açılıb. Vətən Müdafiəçiləri Hərəkatının namizədi Espriella səslərin 49,65 faizini, hakim Tarixi Pakt Alyansının solçu namizədi İvan Sepeda isə 48,70 faizini toplayıb.

Məlumata görə, iki namizəd arasındakı fərq 0,30 faiz təşkil edib və səs fərqi 246 min 355 olub. ABŞ Prezidenti Donald Trumpın “tam və qeyd-şərtsiz” dəstəyini alan Espriella qeyri-rəsmi nəticələrə əsasən seçkinin qalibi elan edilib.

Seçki nəticələrini Karib dənizi sahilində yerləşən Barrankilya şəhərində izləyən Espriella sosial media hesabında paylaşım edərək qalib gəldiklərini bildirib. O, silahlı qrupların təzyiqlərinə, səs satınalma cəhdlərinə, korrupsiyaya və gerilla qruplaşmalarına qarşı mübarizə apararaq qalib gəldiklərini vurğulayıb.

Donald Trump da sosial şəbəkə hesabında paylaşım edərək Espriellanın qələbəsini şərh edib və onun “möhtəşəm şəkildə qalib gəldiyini” qeyd edib.

Hazırkı Prezident Qustavo Petro isə səsvermə prosesində müəyyən pozuntuların olduğunu iddia edərək nəticələri tanımadığını açıqlayıb. O, yekun nəticələrin yalnız rəsmi hüquqi sayım prosesindən sonra müəyyənləşəcəyini bildirib və vətəndaşları sakit olmağa çağırıb.

Bildirilir ki, seçkilərdə iştirak səviyyəsi 61,5 faiz olub. Rəsmi olaraq seçkinin qalibi elan olunacaq namizəd avqustun 7-də vəzifəni Qustavo Petrodan təhvil alacaq.

Mənbə: TRT Haber

Aynur Camal

Oxşar xəbərlər

Avtobuslarda yüksək səslə musiqiyə 500 dollara qədər cərimə

Aynur Camal

Tramp Danimarka və Qrenlandiya ilə saziş imzaladı: Suverenlik Danimarkada qalır

Aynur Camal

Afrika böyük mobil ödəniş şirkəti London birjasına çıxmağa hazırlaşır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu