17.9 C
Baku
13 May 2025, 4:44
Dünya

Konqres Baydenə impiçment təklifi irəli sürdü

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Kori Mills aşağı palatada prezident Co Baydenə impiçment elan edilməsi təklifini təqdim edib. Jurnalistlərlə söhbətində siyasətçi deyib ki, buna səbəb Amerika liderinin elan etdiyi İsrailə silah tədarükündəki fasilədir.

“Co Bayden Nümayəndələr Palatasının artıq təsdiq etdiyi maliyyəni dayandırmaqla Yaxın Şərqdəki ən böyük müttəfiqimiz olan İsrailə təzyiq göstərir. Nümayəndələr Palatasının prezident Baydenə impiçment elan etməkdən başqa çarəsi yoxdur”, – Fox News Mills-in bəyanatında deyilir.

Mills həmçinin əlavə edib ki, Bayden bu qərarı verməklə səlahiyyətindən sui-istifadə edib. Konqresmen əlavə edib ki, dövlət başçısına impiçment elan etmək “konstitusion vəzifədir”.

Bayden bundan əvvəl İsrail hakimiyyətinə ultimatum vermişdi. O, İsrail ordusunun Qəzzanın cənubundakı Rəfah şəhərinə girəcəyi təqdirdə Amerikanın silah tədarükünü dayandıracağını bildirmişdi.

Mənbə: UraNews

Aynur Camal

Oxşar xəbərlər

Terror dövləti İsrailin qeyri-insani qəddarlığı!

Elnarə Dərziyeva

Aİ yeni sanksiyalar siyahısı hazırladı

Aynur Camal

Süni intellekt tibbdən imtahan verdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu