Baş xəbər

Konstitusiya və Suverenlik: Hüquqi Dövlətin Bünövrəsi” adlı təlim keçirdi

Binəqədi Gənclər Evi gənclərin hüquqi biliklərini artırmaq və onların hüquqi savadlılığını inkişaf etdirmək məqsədilə “Konstitusiya və Suverenlik: Hüquqi Dövlətin Bünövrəsi” adlı xüsusi təlim keçirib.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Hüquqi Sosial Araşdırmalar və Maarifləndirmə Mərkəzi”nin həmtəsisçisi və idarə heyətinin sədri, Ədliyyə Nazirliyinin yanında Məhkəmə Ekspertizası Mərkəzinin doktorantı Esmira Tağıyevanın təqdimatında keçirilən təlimdə gənclər hüquqi dövlətin əsasları, qanunvericilik sahəsindəki yeniliklər və hüquqi maarifləndirmənin əhəmiyyəti ilə bağlı ətraflı məlumatlar əldə ediblər.

Təlimdə müstəqil dövlətin hüquqi təməlləri və konstitusiyanın suverenliyin qorunmasındakı rolu ilə bağlı biliklər paylaşılıb.

Binəqədi Gənclər Evi hüquqi və sosial maarifləndirmə istiqamətində bu cür təlimlərin təşkilini davam etdirməyi planlaşdırır.

Xatırladaq ki, Azərbaycan Respublikasında 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Sərəncam Azərbaycan Konstitusiyasının bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümü nəzərə alınaraq imzalanıb.

Aynur Camal

Oxşar xəbərlər

Tək bir meyvə özündə 6 fərqli vitamin ehtiva edir

Aynur Camal

“Məhzən” əməliyyatı oldu: 11 nəfər saxlanıldı

Bugün TV

İsrailin Qəzzada gecə törətdiyi qırğın: 19 fələstinli öldü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu