Digər

Könüllülərə vinq çun döyüş sənətinin xüsusiyyətləri barədə məlumat verilib

Azərbaycan Vinq Çun Federasiyası 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar “Asan Könüllüləri” Təşkilatının asan könüllüləri üçün “Özünümüdafiə ustad dərsləri” adlı seminar təşkil edib.


Federasiyadan Bugun.tv-ə bildiriblər ki, seminar Azərbaycan Vinq Çun Federasiyasının prezidenti, 5 qat dünya çempionu, Əməkdar məşqçi Asif Sayadov tərəfindən keçirilib.
Seminarda Asif Sayadov özgüvən anlayışlarının mahiyyəti, onlar arasındakı fərqlər, insanın şəxsiyyət kimi formalaşmasında və ətraf aləmlə münasibətlərində bu hisslərin təsirləri haqqında danışıb.
Asif Sayadov seminar iştirakçılarına vinq çun haqqında tarixi məlumatlar, bu döyüş sənətinin xüsusiyyətləri və gündəlik həyatımızda şəxsi təhlükəsizliyimizin vacibliyi haqqında bir sıra məlumatlar verib.
Həmçinin seminarda müxtəlif psixoloji və ekstremal situasiyalarda şəraitə uyğun davranış və özünümüdafiə formaları haqqında nəzəri və praktiki təlimlər keçirilib.
Təlim 3 hissəli – psixoloji, nəzəri, praktiki mövzularda davam edib.
Daha sonra seminarın praktiki hissəsində iştirakçılara, küçədə baş verən hər hansı təcavüz və hücuma qarşı effektiv cavab və davranış, fəndlər və əks fəndlər, Azərbaycan Respublikasının Qanunlara uyğun olaraq özünümüdafiə və son zərurət çərçivəsində hücum edən şəxsi necə zərərsizləşdirilməsi öyrədilib.

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu