Texnologiya

Kosmosda ilk dəfə şam yeməyi təcrübəsi gerçəkləşək

Bugun.tv xəbər verir ki, ilk lüks kosmos turizmi şirkətlərindən biri olan SpaceVIP, danimarkalı aşpaz Rasmus Munk ilə orbitdə yemək təcrübəsini nümayiş etdirəcəklər. Cəmi 6 nəfərin qatılacağı xüsusi şam yeməyi adambaşına 972 min manata başa gələcək. Kosmosa səyahət 6 saat davam edəcək. Nahardan əldə edilən bütün gəlir elm və texnologiya sahəsində gender bərabərliyini dəstəkləyən Kosmik Mükafat Fonduna gedəcək.

Michelin ulduzlu aşpaz və altı qonağı 2025-ci ilin sonunda Floridadakı Kennedi Kosmik Mərkəzindən yola düşəcək. Şam yeməyi dünyanın ilk karbon-neytral kosmik gəmisi olan Space Perspective-in “Neptun” kosmik gəmisində veriləcək.

“Neptun” kosmik gəmisi raket deyil, SpaceBalloon tərəfindən yavaş-yavaş hərəkət etdirilən təzyiqli bir kapsuldur. Yerdən uzaqlaşdıqdan sonra tədqiqatçılar kosmik gəmidə Wi-Fi əldə edəcək və canlı yayım olacaq. Onlar həmçinin uçuşlar zamanı yer üzündəki dostları və ailəsi ilə əlaqə saxlaya biləcəklər. Sərnişinlər həmçinin günəşin doğuşunu izləmək şansı da əldə edəcəklər.

Aşpaz Ramsusun Kopenhagendə yerləşən Alchemist restoranı 2020-ci ildən bəri iki Michelin ulduzu alıb. Restoran həmçinin “Dünyanın 50 ən yaxşı restoranı” siyahısında 5-ci yerdədir.

Teymur Əziz

Oxşar xəbərlər

WhatsApp-a möhtəşəm yenilik!

Teymur Əziz

Rusiya Arktika zonasında dəniz piyadalarından ibarət batalyon yaratdı

Bugün TV

Müəllimlər bir neçə saata öz saytlarını yarada bilərlər – TƏLİMAT

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu