26 C
Baku
10 Oktyabr 2024, 14:58
Baş xəbərDünya

Kreml: İranın Rusiyaya raket göndərməsi iddiası reallığa əsaslanmır

Kremlin sözçüsü Dmitri Peskov deyib ki, İranın Rusiyaya raket göndərməsi iddiası reallığa əsaslanmır. Peskov paytaxt Moskvada jurnalistlərə açıqlamasında cari məsələləri dəyərləndirib.

İranın Rusiyaya raket göndərdiyi ilə bağlı iddiaları dəyərləndirən Peskov, “Biz bu məlumatları gördük. Belə məlumatlar hər zaman faktlara əsaslanmır” deyib.

Peskov İranın mühüm tərəfdaş olduğunu ifadə edərək, “Biz ticarət-iqtisadi əlaqələrimizi, əməkdaşlığımızı və dialoqumuzu mümkün olan bütün sahələrdə, o cümlədən ən həssas sahələr üzrə inkişaf etdiririk. Bunu xalqın maraqlarına uyğun olaraq davam etdirəcəyik”.

“Ukraynada münaqişənin sülh yolu ilə həlli istiqamətində irəliləyiş yoxdur”

Almaniya kansleri Olaf Şolzun Ukrayna probleminin həlli üçün sülh planı hazırladığı xəbərinə də toxunan Peskov, bu planın təfərrüatları haqqında məlumatlarının olmadığını bildirib və “Biz heç bir planı görmədən rədd etmirik. Amma təhlükənin nə olduğunu başa düşməliyik”.

Peskov, “Ukraynadakı münaqişənin sülh yolu ilə sona çatması istiqamətində heç bir irəliləyiş yoxdur. Bu mövzuda Avropa ölkələrindən müxtəlif açıqlamalar görürük, lakin bu prosesi idarə edən ölkədən və Qərbdən açıqlama görə bilmirik” dedi.

Mətbuat katibi Peskov əlavə edib ki, 2022-ci ildə Şimal axını 1 və 2 təbii qaz boru kəmərlərində baş verən partlayışlarla bağlı təhqiqat ətraflı aparılmalıdır”.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

“Mahmud və Məryəm” filminin Qətərdə ilk nümayişi keçirilib – FOTO

Aynur Camal

Şəhid Murad Nağıyev haqqında bədii filmin təqdimatı baş tutub

Aynur Camal

Kremlin iddia edir ki, Kiyev rusların qətlində ortaqdır

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu