DünyaSiyasət

Kremlin sözçüsü Peskov: Putin və Zelenski indiki mərhələdə görüşə bilməz

Kremlin sözçüsü Dmitri Peskov Putinlə Zelenski arasında görüşün 30 gün ərzində baş tutmayacağını bildirib.

Moskvadan verilən açıqlamada iki lider arasında potensial sammitin yalnız sülh razılaşmasının son mərhələsi kimi keçirilə biləcəyi vurğulanıb.

Kreml bəyan edib ki, Rusiya prezidenti Vladimir Putinlə Ukrayna prezidenti Vladimir Zelenski arasında Ukraynanın təklif etdiyi kimi, avqustun sonunadək görüşü real deyil.

Peskov bir daha vurğulayıb ki, iki tərəfin danışıqlardakı mövqeləri arasında hələ də ciddi fərqlər var.

Jurnalistlərin “30 gün ərzində belə mürəkkəb proses başa çata bilərmi?” sualına Peskov “Açığını desəm, bu mümkün deyil” deyə cavab verib.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

Rusiya Kiyev vilayətində hərbi təlim obyektini raketlə vurdu: 10 nəfər ölüb, 100-ə yaxın yaralı var

Aynur Camal

Hörmüz boğazında humanitar böhran: Təxminən 6 min dənizçi gəmilərdə köməksiz qaldı

Aynur Camal

Dünyanın ən ucuz kirayəsi burada: İllik cəmi 0,88 avro, lakin 3 şərt var

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu