Bugun.tv xəbər verir ki, Şanlıurfada güclü leysan səbəbindən bəzi küçə və prospektləri su basıb. Yağışa hazırlıqsız yaxalananlar çətin anlar yaşayıb.
Leysan yağış səbəbiylə bəzi ev və iş yerlərindən gələn daşqın xəbərləri ilə əlaqədar olaraq Halfeti, Bozova və Suruç rayonlarındakı ünvanlara bələdiyyə qrupları göndərilib.
Yağış səbəbindən bəzi küçə və evləri su basıb. Sürücülər tıxacda hərəkət etməkdə çətinlik çəkiblər.
Mənbə: TRT Haber