11 C
Baku
17 Aprel 2026, 0:13
Digər

Lənkəran şəhər Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib. 

Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbir faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Daha sonra Lənkəran şəhər Mədəniyyət Mərkəzinin direktoru, Anar Kəkəyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən hadisədən, xalqın milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəsindən danışıb. Həmin dövrün siyasi mənzərəsi və xalqın azadlıq uğrunda mübarizəsindən bəhs edən Anar Kəkəyev 20 Yanvar faciəsi ilə Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdiyini deyib.

Tedbirdə Mərkəzin “Babalar” xor kollektivi, Münəvvər Kələntərli adına Sənətkarlıq klubunun bədii qiraət dərnəyinin üzvləri, Darquba Folklor klubu digər klubların dərnək üzvləri 20 Yanvar faciəsi ilə bağlı mahnı və şeirləri ilə çıxış etdilər.

Sonda 20 Yanvar faciəsinə həsr olunmuş video-çarx nümayiş etdirildi.

 

Oxşar xəbərlər

Fransa Fələstinli hüquq müdafiəçisinin ölkəyə girişinə icazə vermədi

Aynur Camal

Ayımız necə yaranıb? Yeni tədqiqat maraqlı detal ortaya çıxardı

Aynur Camal

“Miss İran” namizədi Cənubi Koreyanın İrana yardım qərarını tənqid edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu