Image default
Baş xəbərSosial

Lənkəranda trüfel istehsalının təşviqi ilə bağlı maarifləndirici tədbir keçirilib

Bugun.tv xəbər verir ki, “Azərbaycan Trüfel İstehsalçılarının İnkişafına Dəstək” İctimai Birliyi “Azərbaycanda trüfel istehsalının təşviqi” layihəsinin icrasına başlayıb.

2026-cı il iyulun 3-də layihə çərçivəsində Lənkəran şəhərində maarifləndirici tədbir keçirilib.

İctimai Birliyin sədri Lalə Həmidova bildirib ki, layihənin məqsədi Azərbaycanda trüfelçilik sahəsinin inkişaf perspektivlərini təqdim etmək, fermerləri və kənd təsərrüfatı ilə məşğul olan şəxsləri trüfel istehsalının iqtisadi və ekoloji üstünlükləri barədə məlumatlandırmaq, eləcə də bu sahəyə marağı artırmaqdır.

Tədbir zamanı iştirakçılara trüfel göbələklərinin bioloji xüsusiyyətləri, onların fındıq və digər meşə ağacları ilə yaratdığı simbioz, trüfel bağlarının salınması üsulları, dünya təcrübəsi, Azərbaycanın iqlim və torpaq şəraitinin bu sahənin inkişafı üçün yaratdığı imkanlar, eləcə də ixrac potensialı haqqında geniş məlumat verilib və təqdimatlar edilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövcud imkanlar ətrafında fikir mübadiləsi aparılıb.

Layihə çərçivəsində silsilə maarifləndirici tədbirlərin Quba, Şəki və Qəbələ rayonlarında keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Mənbə: Sabahİnfo

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycanda əlil arabasından istifadə edən şəxslər üçün ilk yerli elektrik nəqliyyat vasitəsi təqdim olundu

Aynur Camal

Ərdoğan NATO liderlərinə xatirə hədiyyəsi olaraq revolver təqdim etdi

Aynur Camal

İlham Əliyev Baykar İdarə Heyətinin sədri Səlcuq Bayraktarı qəbul etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu