Digər

Lənkəranda“Azərbaycan hamımızın Vətənidir!”adlı konsert keçirilib.

Bugun.tv xəbər verir ki, Lənkəran Şəhər Mədəniyyət Mərkəzi Lənkəran şəhər Mədəniyyət Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “Azərbaycan hamımızın Vətənidir!” bayram konserti keçirilib.
Keçirilən konsert proqramında ictimaiyyət nümayəndələri mədəniyyət işçiləri, şəhid ailələri, qazilər və digər qonaqlar iştirak edib.
Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əzi xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş sözü ilə çıxış edən Mədəniyyət Mərkəzinin direktoru Anar Kəkəyev tədbir iştirakşılarına Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazovun salamlarını çatdıraraq, bayram münasibətilə təbrik edib. O, qeyd edib ki, dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı məhz Ulu Öndər Heydər Əliyevdir. Həmçinin bildirib ki, ölkəmizdən kənarda yaşayan azərbaycanlılar Vətən müharibəsi zamanı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında sıx birləşərək Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakarlıq göstərdilər. Xalqımız 44 günlük Vətən savaşında milli həmrəyliyin ən mükəmməl nümunəsini yaratdı.
Rəsmi hissədən sonra biri-birindən rəngarəng – rayonun incəsənət ustalarının ifasında musiqi nömrələri səsləndirilib. “Nənələr” xalq folklor, “Babalar” xor kollektivinin çıxışları, vətənpərvərlik mövsunda səsləndirilən şeirlər və hazırlanan səhnəciklər tamaşaçılar tərəfindən alqışlarla qarşılanaraq əsl bayram ab-havası yaradıb.

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu