Baş xəbər

Laçın ərazisində yeni hərbi obyektlər istifadəyə verilib-VİDEO

Azərbaycan Ordusunun maddi-texniki təminatının daha da yaxşılaşdırılması istiqamətində görülən işlər davam etdirilir.
Laçın rayonu ərazisində yeni inşa edilmiş yerləşmə məntəqələri istifadəyə verilib. Müdafiə nazirinin müavinləri – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov və Quru Qoşunları komandanı general-leytenant Ənvər Əfəndiyev Laçında yerləşən bir neçə döyüş mövqeyini və yeni istifadəyə verilmiş məntəqələri ziyarət ediblər.
Məruzə edilib ki, döyüş mövqeyində xidmət edən hərbi qulluqçular ayıq sayıq xidmət aparır, Vətənin keşiyində durmaqla qürur duyurlar.
Yerləşmə məntəqələrində qərargah binaları, yeməkxanalar, silah otaqları, tibb məntəqələri, əsgər yataqxanaları, hamam-camaşırxana kompleksləri, anbarlar, avtomobil parkları inşa edilib. Mərkəzləşdirilmiş istilik sisteminin təminatı məqsədilə qazanxana kompleksi, fasiləsiz elektrik enerjisinin təminatı üçün generatorlar və günəş panelləri mövcuddur. Ərazidə abadlıq işləri aparılıb və müxtəlif ağaclar əkilib.
Sonra şəxsi heyətin döyüş hazırlığı yoxlanılıb. Döyüş hazırlığının müxtəlif elementləri üzrə icra olunan taktiki tapşırıqlar hərbi qulluqçular tərəfindən yüksək peşakarlıqla yerinə yetirilib.
Sərt iqlim şəraitində və kəskin relyefli ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşən nazir müavinləri onların döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndiriblər.
Hərbi qulluqçular qarşıdan gələn bayramlar münasibətilə təbrik edilib və onlara hədiyyələr təqdim olunub.
Müdafiə nazirinin müavinləri döyüş növbətçiliyinin və qoşun xidmətinin təşkili, hərbi qulluqçuların sosial-məişət şəraitinin və maddi-texniki təminatının daha da yaxşılaşdırılması ilə bağlı general-polkovnik Zakir Həsənovun tapşırıqlarını aidiyyəti şəxslərə çatdırıblar.

Bugun.tv xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nigar Məmmədova

Oxşar xəbərlər

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəsmi emblemi haqqında ƏSASNAMƏ

Bugün TV

Sosioloqlar dörd günlük iş həftəsinin effektivliyini sübut ediblər

Aynur Camal

Yanan yük maşını kül oldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu